İtalyanlar Qanalının qanını qaraltdılar - İRQÇİ TƏHQİRLƏRƏ DÖZMƏYƏN FUTBOLÇU OYUNU YARIMÇIQ TƏRK ETDİ

  • Müəllif: admin
  • 01 May 2017 07:12

qana

İtaliya A seriyasında irqçi insident yaşanıb.

Gununsesi.info məlumat verir ki, “Peskara”nın futbolçusu Salli Muntari rəqib azarkeşlərin təhqirinə məruz qalıb.

A Seriyasının 34-cü turunda səfərdə “Kalyari” ilə qarşılaşan “Peskara” 0:1 hesabı ilə məğlub olub.

Həmin matçın son dəqiqələrində meydan sahiblərinin azarkeşləri rəqibin futbolçusu Salli Muntariyə irqçi şüarlar səsləndirib.

Təcrübəli oyunçu vəziyyət barəsində ilk olaraq matçın baş hakiminə məlumat verib.

Hakimin xəbərdarlığına məhəl qoymayan azarkeşlər təhqirə davam edincə, qanalı futbolçu şüarlara tab gətirə bilməyib və meydanı tərk edib.

Gununsesi.info