İtkin düşən Ağstafa sakini Bakıda imiş…

  • By admin
  • 29 May 2021 20:53

İtkin düşən 23 yaşlı Ağstafa sakini tapılıb.

Gununsesi.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Ağstafa rayon sakini, 1998-ci il təvəllüdlü Gülnar Salahova polis əməkdaşları tərəfindən Bakı şəhərində tapılıb.

O, ailəsinə təhvil verilib.

Qeyd edək ki, G.Salahova bu il mayın 5-də yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı .

Gununsesi.info