İTV əməkdaşları işdən çıxarılma xəbərlərindən danışdı

  • By admin
  • 06 İyun 2016 23:32

 

Esmira

“Bu gün dostlarimdan, ən dar günümdə yanımda olan, dərdimə şərik çıxan əzizlərimdən çoxsaylı zənglər aldım. Narahat olublar. Hamınız çox sağolun. Minnətdaram hamınıza”.  Gununsesi.info xəbər verir ki, bu sözləri özünün facebook səhifəsində özünün işdən kənarlaşdırılması ilə bağlı xəbərlərə aydınlıq gətirən İTV-nin tanınmış simalarından biri olan Esmira Namiqqızı yazıb. O, sosial şəbəkədəki səhifəsində həmçinin, yazıb: “Amma buradan açıqlamaq istəyirəm ki, mən  də dostum Mais Ağayev işdən ayrılmamışıq. Öz işimizin başıdayıq. Hər ikimiz bu sahədə uzun illərdir ki, çalışırıq. Kimlərsə adımızı reytinq naminə çəkir. Amma bu adamlar bilsin ki, ayaqqabımızı geyinsə də yerişimizi yeriyə bilməz”.

 

Digər jurnalist Mais Ağayev də gununsesi.info-ya açıqlamasında bildirib ki, adının işdən çıxarılanlar siyahısında olması doğru deyil: “Biz işdəyik, gündəlik işimizə gəlib-gedirik. İTV rəhbərliyi hər zaman peşəkarlara üstünlük verib. Bizim işdən kənarlaşdırılmağımız müzakirə mövzusu deyil”.