İTV-də növbəti kadr dəyişikliyi - CƏMİL QULİYEV ÖZ MÜAVİNİNİ İŞDƏN ÇIXARDI

  • Müəllif: admin
  • 10 May 2017 14:16

CEMIL

İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinatlar olub. 

Gununsesi.info Lent.az-a istinadən məlumat verir ki, Elçin Həsənov və Cabbar Quliyev baş direktor Cəmil Quliyevin müavini təyin edilib.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədri Muxtar İmanov məlumatı təsdiqləyib. O bildirib ki, yeni müavinlər artıq bir həftədir işini icra edir.

İndiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) baş direktorunun müavini Şaiq Məmmədov isə vəzifəsindən azad edilib.

Gununsesi.info