İTV-nin aparıcısı AzTV-də

  • By admin
  • 24 Yanvar 2019 09:41

Arif Alışanovun dövlət televiziyasının rəhbərliyindən kənarlaşdırılmasından sonra bu kanalda ciddi dəyişikliklər olacağına dair xəbərlər yayılıb. Artıq AzTV-də yeni simalar da görünməyə başlayıb.

Gununsesi.org-un verdiyi xəbərə görə, İctimai Televiziyanın xəbərlər proqramının aparıcısı Röya Bənənyarlı da AzTV-yə dəvət alanlar sırasındadır.

Belə ki, xanım aparıcı dünən AzTV-nin “Region xəbərləri”ndə spikerlik edib.

Gununsesi.org