Jirinovskidən əcaib təklif - MOSKVADAN İRƏVANA METRO XƏTTİ ÇƏKİLSİN

  • Müəllif: admin
  • 24 Aprel 2018 19:10

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Moskva ilə Yerevan arasında dəmiryol əlaqəsinin yaradılmasını təklif edib.

Gununsesi.info xəbər verir ki, partiya lideri deyib: “Mən Tbilisidən keçməklə Yerevan-Moskva qatarına minmək istərdim. Sürətli qatar olsun – 20 saata Yerevandan Moskvaya çatsın”.

Onun bu fikini dəstəkləyərək metro çəkilməsini tələb edənlər cavab olaraq isə əlavə edib: “Metro? Metro da olar. Yerevan-Moskva metrosu. Alimlərimiz bunu edə bilər”.

Gununsesi.info