
Rusiya prezidenti Vladimir Putin LDP lideri Vladimir Jirinovskinin İkinci dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif zamanı o, prezidenti elə bir mədh edib ki, gəl görəsən.
Gununsesi.info xəbər verir ki, çıxışı zamanı V. Jirinovski Putinə xitabən: “Orden mənə Vətənə xidmətə görə verilib. Amma bizim üç Vətənimiz olub. Rusiya imperiyası, SSRİ və müasir demokratik Rusiya.
Bəzən bizlər bununla bağlı hansısa ideologiyalar irəli sürür və hansısa tarixi ənənələrdən söz açırıq. Ancaq 19-cu əsrdə hansısa başqa fikir olmadığından Rusiya imperiyasının çox gözəl dövlət himni olub və cəmi dörd sətrdən ibarət.
Həmin himndə deyilir:
Tanrım çarı hifz elə,
Tanrım bizi güclü və qüdrətli et və bizlərə eşq olsun!
Düşmənləri məhv et.
Tanrım çarı hifz elə”- deyib.
https://www.youtube.com/watch?v=Q0SVWIHpPIw
Gununsesi.info











