JONY “Crystall Hall”da konsert verəcək

Rusiyada və MDB ölkələrində populyarlaşan azərbaycanlı müğənni JONY (Cahid Hüseynli) Bakıda konsert verməyə hazırlaşır.

Gununsesi.info xəbər verir ki,zaman-zaman paytaxtda səhnə alan sənətçi ilk dəfə “Baku Crystall Hall”da sevənləri ilə görüşəcək. Tədbir 19 dekabrda baş tutacaq.
Konsert proqramında milyonlarla dinləyicinin sevgisini qazanan məşhur mahnılar, eləcə də yeni bəstələr möhtəşəm işıq, səhnə və vizual şou ilə təqdim olunacaq.

Biletlər iticket.az-da satışa çıxarılıb.

 

Gununsesi.info