Jurnalist ev dustaqlığına buraxılıb - YENİLƏNİB

  • By admin
  • 03 İyul 2017 17:34

elcin_zahir_1444824000_11476080839

Bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu ilə bağlı qətimkan tədbiri dəyişdirilib.

Gununsesi.info virtualaz.org-a istinadən bildirir ki, o, ev dustaqlığına buraxılıb.

Xatırladaq ki, E.Zahiroğlu iyulun 1-də Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Milli Məclisin deputatı Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunmuşdu.

Bu barədə virtualaz.org-a açıqlamasında Həbib Axundov özü məlumat vermişdi.

H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. “O mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”, – deyə deputatın oğlu vurğulamışdı.

Onu da xatırladaq ki, Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.

Gununsesi.info