Kəlbəcər ilə Geqarkunik arasında Rusiya sülhməramlıları yerləşəcək?

  • By admin
  • 23 İyun 2021 11:55

“Geqarkunik vilayətində Rusiya sülhməramlıları yerləşdiriləcək, proses gedir, yekun qərar qəbul olunanda məlumat verəcəyik”. Bu barədə iyunun 22-də Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisi Artak Davtyan jurnalistlərə bildirib.

O qeyd edib ki, danışıqlar Azərbaycanın iştirakı ilə Rusiya tərəfilə aparılır. “Danışıqlar Rusiya tərəfi ilə aparılır, çünki məsələlər var. Bizim vəzifəmiz toqquşma olmadan Azərbaycan bölmələrini ərazimizdən çıxarmaqdır”, – Davtyan deyib.

Bəzi mümkün güzəştlər barədə sualın cavabında Davtyan deyib ki, heç bir güzəşt olmayacaq və əgər Azərbaycan Silahlı Qüvvələrinin çıxarılması məsələsi danışıqlar yolu ilə həll olunmasa, “müvafiq hərəkətlərlə” nizama salınacaq.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi sərhədin bu hissəsində aparılan danışıqlar barədə heç bir məlumat vermir.

Gununsesi.info