Kəlbəcər rayonundan ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirilib

  • By admin
  • 16 Sentyabr 2016 10:15

kalb4

Yeni tədris ilinin başlaması ilə əlaqədar olaraq Kəlbəcər rayonundan olan bu il tələbə adını qazanan abituriyentlərin iştirakı ilə görüş keçirilib.

Gununsesi.info xəbər verir ki, görüşdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova və Kəlbəcər rayonundan seçilmiş Millət vəkili, Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanovun nümayəndəsi, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədr müavini  Həbib Misirov iştirak edib.

Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov öncə tələbə adını qazanan gəncləri təbrik edib, onlara universitet həyatında uğurlar arzulayıb. O, bildirib ki, danılmaz faktdır ki, bu gün Azərbaycan təhsil sistemi görünməmiş bir sürətlə irəliyə doğru addımlayır. Təhsilin bütün səviyyələrində, xüsusən də ali təhsil səviyyəsində biz daha böyük inkişafın şahidi oluruq. Bu da heç şübhəsiz orta təhsil bazasının yaxşılaşmasının nəticəsidir.

Daha sonra çıxış edən Millət vəkili Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov məktəbliləri yeni tədris ili, tələbələri isə qazandığı uğur münasibətilə Kəlbəcər rayon ağsaqqalı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin sədri Qənbər Qurbanovun və millət vəkili Cavid Qurbanovun adından  təbrik edərək qeyd edib ki, təhsilimizin birbaşa inkişafı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsili dövlət siyasətinin əsas prioritetlərindən biri hesab etməsi ilə bağlıdır. Təsadüfi deyildir ki, möhtərəm Prezident vurğulayır ki, «Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik». Bu mənada «təhsil əsri» elan edilən XXI əsrdə yüksək intellektə malik insan kapitalının formalaşması və güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki qədər aktuallıq kəsb etməmişdir. Təcrübə göstərir ki, hər hansı bir dövlətin inkişafını təbii sərvətlərin bolluğu deyil, bu sərvətlərin yüksək səviyyədə insan kapitalına çevrilməsi təmin edir.

Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira xanım Şükürova qeyd etdi ki, son illərin ən uğurlu və əhəmiyyətli nəticələri ölkədə məktəb tikintisinin geniş vüsət alması ilə bağlıdır. Məktəblərintikintisi, əsaslı təmiri, təchizatı sahəsində tədbirlr artıq intensiv xarakter almışdır və ardıcıl davam etdirilir. Məktəblərin infrastrukturunun yenilənməsi sahəsində Heydər Əliyev Fondunun, şəxsən onun Prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Məhz Fondun təşəbbüsü ilə reallaşdırılan «Yeniləşən Azərbaycana yeni məktəb» və «Uşaq evləri və internat məktəbləri» proqramları çərçivəsində məktəb və uşaq baxçaları tikilmişdir.

Sonda tələbə adını qazanan kəlbəcərli gənclər bir daha təbrik edilmiş və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi tərəfindənonlara pul mükafatları verilmişdir. Həmçinin bu il bir qrup imkansız ailələrin uşaqları  orta məktəb formaları və məktəbli ləvazimatları ilə təmin edilib.

Qeyd edək ki Kəlbəcər rayon orta məktəblərindən bu il Ali və orta ixtisas məktəblərinə 430 nəfərdən artıq  abiturient tələbə adını qazanıb. Bunlardan 23 nəfəri 600-dən yuxarı, 42 nəfəri 500-dən yuxarı bal toplayıblar. 2 nəfər Hərbi Akademiyaya daxil olub.

kelb3

kelb2

kelb1

kelb

kalb6

kalb5

Gununsesi.info