Kənan M.M Nadir Qafarzadəni təhqir etdi, müğənni isə qarğadı - "GÖRÜM, BU MAŞINI QAZANAN İÇİNDƏ MEYİT APARSIN" - VİDEO

  • By admin
  • 02 İyun 2017 11:37
nadir kenan
Ötən gecə “Maşın” şouda müğənni Nadir Qafarzadə və rejissor Kənan M.M arasında gərgin anlar yaşanıb. 
Gununsesi.info xəbər verir ki, Nadir Qafarzadənin “Mən maşından əlimi götürüb gedəcəm, qoy Kənan qalsın” deməsi rejissoru hiddətləndirib.
O, Nadir Qafarzadəni təhqir edib: “Kül Kənanın başına ki, bu deyir mən gedim, Kənan qalsın, bu, nə sözlərdir? Sən məni alçaldırsan”.
Nadir Qafarzadə isə rejissorun bu sözlərinə daha da əsəbiləşərək “Görüm, elə bu maşını qazanan içində meyit aparsın” deyib.

https://www.youtube.com/watch?v=TInxOWc-SXk

Gununsesi.info