Kəndlilərlə cinayətkar dəstə üzvləri arasında silahlı toqquşma: Çoxlu insan öldü – VİDEO

  • By admin
  • 09 Dekabr 2023 17:07

Meksikada kənd sakinləri ilə cinayətkar dəstə arasında baş verən silahlı qarşıdurmada hər iki tərəfdən ümumilikdə 11 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, Meksika polisi paytaxt Mexikodan təxminən 130 kilometr cənub-qərbdə yerləşən Tekskaltitlan qəsəbəsində kənd sakinləri ilə cinayətkar dəstə arasında baş verən silahlı qarşıdurmada 8 dəstə üzvü və 3 kənd sakininin öldüyünü açıqlayıb.

Münaqişə zamanı çəkilən videolarda kənd sakinləri tərəfindən hərbi forma və dəbilqə geyinmiş dəstə üzvlərinin və onların maşınlarının yandırıldığı görünür.

Yerli media iddia edir ki, dəstə üzvləri münaqişədən əvvəl kənd sakinlərindən xərac istəyiblər.

Gununsesi.info