Kəramət Böyükçöl Naxçıvandan paylaşım etdi -Elçibəyin evini ziyarət edib

Yazıçı Kəramət Böyükçöl Naxçıvana səfəri zamanı etdiyi paylaşımla diqqət çəkib.

Gununsesi.info-nun xəbərinə görə, Kəramət Böyükçöl bildirib ki, təyyarədən enən kimi ilk üz tutduğu məkan Kələki kəndində yerləşən, Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin evi olub.

Maraqlı məqam isə ziyarətin Elçibəyin prezident seçildiyi günə təsadüf etməsidir.

Yazıçı bu barədə sosial şəbəkə hesabında belə yazıb:

“Naxçıvandayam. Təyyarədən düşən kimi ilk ziyarət elədiyim yer Kələkidə Elçibəyin villası oldu. Təsadüfən də bu gün Elçibəyin prezident seçildiyi gün imiş. Ruhun şad olsun, bəy.”

Qeyd edək ki, Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan Respublikasının Prezidenti seçilmişdi.

Gununsesi.info