
Ümumilikdə 243 metr rabitə kabelini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan yeniyetmə saxlanılıb.
Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt Şəhər-Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən ilin dekabr ayında və cari ilin yanvar ayında Sumqayıt telekommunikasiya qovşağına məxsus quyudan ümumilikdə 243 metr rabitə kabelini oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini olan bir yeniyetmə saxlanılıb.
Anar
Gununsesi.info









