Kabil yenidən qana boyandı - terrakt nəticəsində ölənlərin sayı 80-ə çatdı

  • By admin
  • 23 İyul 2016 21:11

kabul

Əfqanıstanın paytaxtı Kabildə nümayiş zamanı iki kamikadze tərəfindən törədilən partlayış nəticəsində ölənlərin sayı 80-nə çatıb.

Gununsesi.info xarici KİV-lərə istinadən xəbər verir ki , məlum partlayış nəticəsində 80 nəfər ölüb, azı 230 nümayişçi yaralanıb. Qeyd olunur ki, küçələrinə elektrik xəttinin çəkilməsini istəyən etnik xəzərlərin keçirdiyi aksiya zamanı iki kamikadze özünü partladıb. Daha bir kamikadze-terrorçu polis tərəfindən öldürülüb.

kabul-1

Gununsesi.info