
İyulun 31-də Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, intiharçı terrorçu özünü İraq səfirliyinin qarşısında içərisində bomba quraşdırılmış avtomobili partladıb.
Belə ki, əraziyə dərhal təhlükəsizlik qüvvələri və təcili tibii yardım briqadaları cəlb olunub. Səfirliyin ərazisi təhlükəsizlik qüvvələri tərəfindən nəzarətə götürüb.
Qeyd edək ki, xəsarət alanlar və ya itkilər barədə hələlik məlumat verilmir. Əfqanıstan paytaxtı Kabildə törədilən partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.
Anar
Gununsesi.info









