Kabildə partlayış - 6 ÖLÜ, 30 YARALI

  • Müəllif: admin
  • 29 Sentyabr 2017 20:27

partlayis

Əfqanıstanın paytaxtı Kabildə məscid yaxınlığında partlayış baş verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 dinc sakin ölüb, 30 nəfər yaralanıb.

Polisin məlumatına görə insanlar məsciddən cümə namazından çıxan zaman partlayış baş verib. İnsidentlə əlaqədar 3 nəfər saxlanılıb.

Terror aktına görə məsuliyyəti hələ ki heç bir qruplaşma öz üzərinə götürməyib.

Gununsesi.info