Kabildə partlayış: 5 nəfər ölüb, 11 nəfər yaralanıb

  • By admin
  • 14 İyul 2020 14:12

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində uşaqlar və qadınlar daxil olmaqla 5 nəfər ölüb, 11 nəfər yaralanıb.

Gununsesi.org “Tolo News” telekanalına istinadən xəbər verir ki, bunu yerli hakimiyyət nümayəndəsi bildirib.

Hadisə iyulun 14-də səhər saatlarında baş verib. Surobi rayonunun Ceqdalaq kəndində avtomobil mina düzülən yoldan keçərkən partlayış olub.

Partlayışın məsuliyyətini heç bir qruplaşma üzərinə götürməyib.

 

 

Gununsesi.org