Kabildə Rusiya səfirliyi yanında siyasətçini güllələdilər

  • By admin
  • 20 Noyabr 2019 20:50

Əfqan siyasətçi Vahid Mocdah Rusiyanın Kabildəki səfirliyinin yaxınlığında qətlə yetirilib.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Politoloq naməlum 2 nəfər tərəfindən güllələnib. Onlar motosikletlə hadisə yerindən uzaqlaşıblar. Polis araşdırmalara başlayıb.

Qeyd edək ki, Əfqanıstanda “Taliban” radikal hərəkatının idarəçiliyi dövründə (1996-2001) Vahid taliblərin xarici siyasət idarəçiliyində rəhbər postlardan birini tutub.

 

Gununsesi.org