Kadırov 10 milyon rubl -Mükafat elan edib

Çeçenistan rəhbəri Ramzan Kadırov Quranı yandıran ukraynalı hərbçilərin başına  10 milyon rubl mükafat veriləcəyini açıqlayıb.
Bu barədə Gununsesi.info  Euronews-yə istinadən xəbər verir.
“Bu mundarların aradan qaldırılması üçün 5 milyon rubl mükafat elan edirəm. Diri tutmaq üçün – iki dəfə çox – 10 milyon rubl. Bu nə vaxt baş versə – bu gün, sabah, bir ildən sonra pul gözləyəcək. Həm də fərqi yoxdur, bunu kim edir: taqım, qrup, tənha, səngərdəki yoldaşı, pul tam köçürüləcək”, Kadırov cümə günü Telegram kanalında yazıb.
Gununsesi.info