Kainatın ən böyük virtual modeli yaradıldı - FOTO

  • By admin
  • 02 Avqust 2017 23:25

kainat

“Sunway TaihuLight” dünyanın ən sürətli superkompüteridir. “Sunway TaihuLight” modelləşdirmə üçün məlumatları 10 milyon prosessor nüvəsinin köməyi ilə emal edir.

Çin alimləri ən sürətli superkompüteri sınaqdan keçirməyə qərar veriblər. Ondan kainatın ən böyük virtual modelinin yaradılması üçün istifadə ediblər.

Gununsesi.info 3dnews.ru saytına istinadla xəbər verir ki, Çin alimlərinin kainat modeli iyun ayında İsveçrənin Sürix Universitetinin astrofiziklərinin yaratdıqları modeldən 5 dəfə böyükdür. Lakin qeyd etmək lazımdır ki, isveçrəli alimlərin modeli 80 saat, Çin alimlərinin modeli isə 1 saat işləyib.

Bu kimi modelləşdirmələr astronomlara tədqiqat üçün kosmosun cəzbedici regionlarını axtarmağa kömək edir, onun qaranlıq materiya və qaranlıq enerji kimi komponentlərinin sirrini açır. Çinlilər superkompüterdə kainatın yaranması və on milyon il müddətində inkişafını yenidən yaradıblar. Təəssüf ki, tezliklə onlar prosesi dayandırmalı olublar, çünki “Sunway TaihuLight” digər məsələləri həll etməli idi. Çin superkompüterlərində bir çox çatışmazlıqlar var və onlar nadir hallarda tam gücü ilə işləyir. Ehtimal edilir ki, alimlər “Sunway TaihuLight” kompüterinin gücünü maksimallaşdırmaq üsulunu tapıblar. Belə ki, superkompüter hər hansı problem yaranmadan tam gücü ilə işləyib.

Hazırda tədqiqat qrupunun rəhbəri Qao Lyan kainatın yaranmasından başlayan və cari era ilə bitən (təxminən 13,8 milyard il) simulyasiyanı işə salmaq niyyətindədir. Lakin bunun üçün o, sələfindən 10 dəfə güclü olan yeni superkompüterin yaradılmasını gözləməli olacaq.

Gununsesi.info