“KamAZ”ın sürücüsü FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

  • By admin
  • 27 Mart 2018 15:06
Qobu qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verib.
FHN-dən Gununsesi.info-ya verilən məlumata görə, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, “KamAZ” markalı avtomobil yükünü boşaldarkən aşıb, nəticədə sürücü, 1965-ci il təvəllüdlü Əhmədov Nəriman Qurban oğlu nəqliyyat vasitəsinin altında qalaraq ölüb.
Sürücünün meyiti xilasedicilər tərəfindən çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info