Kamil Zeynallı məşhur qazilərə hovuz əyləncəsi yaşatdı - VİDEO/FOTOLAR

  • By admin
  • 07 İyun 2023 10:37

Tanınmış fitnes məşqçisi 44 günlük Qarabağ savaşındakı xeyriyyə kampaniyaları ilə cəmiyyətdə böyük nüfuz  qazanan Kamil Zeynallı bu dəfə qazilərimizi sevindirməklə gündəmə gəlib.

Gununsesi.info-nun xəbərinə görə, tanınmış məşqçi, 44 günlük Vətən Müharibəsinin məşhur qaziləri olan Alxasov Camal və Amin Musayevə hovuz əyləncəsi yaşadıb.

Belə ki, hər iki qazimizi paytaxtın Dalğa Beach istirahət mərkəzinə aparan Kamil Zeynallı onlara unudulmaz anlar yaşadıb.

Həmin görüntüləti təqdim edirik:

 

Gununsesi.info