Kamran Əliyev bu rayonlara yeni prokurorlar təyin etdi

  • By admin
  • 17 Dekabr 2021 11:04

Baş prokuror iki rayona yeni prokurorlar təyin edib.

Gununsesi.info xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Baş Prokuror Kamran Əliyevin imzaladığı əmrlə Baş Prokurorluğun müvafiq idarəsinin böyük prokuroru Qibləli Kərimov tutduğu vəzifədən azad olunaraq, Zəngilan rayon prokuroru vəzifəsinə təyin edilib.

K.Əliyevin digər əmri ilə Zəngilan rayon prokuroru Lalə Hüseynova tutduğu vəzifədən azad olunaraq, Hacıqabul rayon prokuroru vəzifəsinə təyin edilib.

Gununsesi.info