“Kamran Əliyev Rüstəm Usubovu yola salmalıdır” – Aslan İsmayılov

  • By admin
  • 18 May 2020 10:58

Azərbaycanın tanınmış hüquqşünası Aslan İsmayılov özünün sosial şəbəkə hesabında ölkənin yeni Baş prokuroru Kamran Əliyevin prokurorluq orqanlarında etdiyi kadr dəyişiklərindən yazıb. Aslan İsmayılov bildirib ki, adıçəkilən orqanda edilən kadr dəyişiklərinin islahat effekti verməsi üçün Kamran Əliyev ilk növbədə Baş prokurorun birinci  Rüstəm Usubovun və Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəzifədən azad edilməsinə nail olmalıdır.

Gununsesi.org Aslan İsmayılovun həmin qeydlərini təqdim edir:

“Baş Prokuror Kamran Əliyevin Prokurorluqda apardığı təmizləmə işlərini alqışlayıram. Ancaq bu işin səmərəli olması üçün ilk növbədə özünün birinci müavini Rüstəm Usubovun və Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi Eldar Əhmədovun vəzifədən azad edilməsinə nail olmalıdır. Hər ikisinin əməlləri araşdırılarsa, Azərbaycan Cinayət Məcəlləsində maddələr çatışmaz. Hərəsinin araşdırılması vacib olan ancaq bir əməlini Sizin də, diqqətinizə çatdırım.

2005-ci ildə ifşa olunmuş Hacı Məmmədovun əməllərini hələ 2002-ci ildə ifşa etmiş, şəxsən Rüstəm Usubova ifadə vermiş Rəna Nəsibovanın iki gün sonra qəsdən öldürülməsi açıq olsa da, bu gün də heç kim cinayət məsuliyyətinə alınmayıb.
Ancaq Eldar Əhmədovun göstərişinə əsasən 1 dekabr 2014-cü ildən bu günə qədər S.Abbasovaya çatacaq 18.300 manat ödənilməməsi araşdırılmalıdır. Bu iş üzrə şəxsən E.Əhmədova onlarla dəfə müraciət etmişəm. Baş Prokurorluqdan isə hər dəfə ərizəmə cavab olaraq bildiriblər ki, E.Əhmədova müraciət edim. 18.300 manatın ödənilməməsi müəmması hamı üçün çox maraqlı olardı”.

Gununsesi.org