Kanadada fermada 40-dan çox insan dəm qazından zəhərlənib

  • By admin
  • 10 Dekabr 2017 23:15


Kanadanın Britaniya Kolumbiyası vilayətinin Delta şəhərindəki fermaların birində dəm qazından zəhərlənən 40-dan çox insan xəstəxanaya yerləşdirilib.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə istixanaların birində baş verib. Yerli səhiyyə müəssisəsinin məlumatına görə, xəstəxanaya 42 nəfər yerləşdirilib. Onlardan 10-un vəziyyəti ağırdır.
İlkin məlumata görə, kütləvi zəhərlənməyə səbəb istixananın yuyulması üçün nəzərdə tutulan cihazın qaz mühərrikinin sıradan çıxması ola bilər. Fermada 20 ildən çoxdur pomidor, xiyar və bibər yetişdirilir.

Gununsesi.info