Kanadada təyyarə qəzası baş verib, ölənlər var

  • By admin
  • 14 Oktyabr 2016 22:09

teyyare

 

Kanadada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Report” xəbər verir ki, bu barədə “CBC News” məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin Britaniya Kolumbiyası vilayətində baş verib. Qəza nəticəsində 4 nəfər həlak olub.
Kanadanın Nəqliyyat Təhlükəsizliyi Komitəsinin sədri Bill Yervud jurnalistlərə bildirib ki, təyyarə Keloun şəhərindən Sprinqbenk aeroportuna uçurmuş. Lakin o, səmaya qalxdıqdan sonra radarlardan itib.
Bir qədər sonra operativ xidmətin əməkdaşları hava gəmisinin qalıqlarını aşkar ediblər.
“Reuters”in məlumatına görə, Kanada parlamentinin keçmiş üzvü Ceyms Prentis də qəzada ölənlər arasındadır.
Qəzanın başvermə səbəbləri araşdırılır.

Gununsesi.info