Kanadada zəncirvari qəza - 40 NƏFƏR YARALANIB

  • By admin
  • 26 Fevral 2018 19:24

Kanadanın cənub-qərbində avtobusun iştirakı ilə zəncirvari qəza baş verib.

Gununsesi.info xəbər verir ki, qəza nəticəsində 40-a yaxın şəxsin xəsarət aldığı bildirilib.

Məlumata görə, Britaniya Kolumbiyası əyalətində ekskursiya avtobusu, bir neçə yük maşını və minik maşını toqquşub.

Qeyd olunur ki, xəsarət alanlardan 7 nəfəri ağır vəziyyətdədir.

Hazırda qəzanın baş vermə səbəbləri araşdırılır.

Gununsesi.info