Kanadalı nazir ABŞ-ni yeni gömrük tariflərinə görə qınayıb

  • By Günel
  • 11 Fevral 2025 08:44

Kanada ABŞ-nin polad və alüminiumuna tətbiq etdiyi 25 %-lik rüsumlara cavab verəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə innovasiya, elm və sənaye naziri Fransua-Filip Şampan “X” sosial şəbəkəsində bildirib.

“ABŞ-nin ən yaxın müttəfiqi olan Kanadadan gələn polad və alüminuma tətbiq edilən tariflər tamamilə əsassızdır”, – paylaşımda qeyd edilib.

Şampan əlavə edib ki, Ottava bu məsələ ətrafında beynəlxalq tərəfdaşlarla məsləhətləşmələr aparacaq.

Gununsesi.info