Kanalda batan İmişli sakininin axtarışı davam edir –  Yenilənib

  • By admin
  • 06 Avqust 2017 13:54

bogul
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, İmişli rayonu, Çaxırlı kəndində 1 nəfərin kanalda çimərkən batması barədə məlumat daxil olub.

“Qafqazinfo” FHN-nin saytına istinadən xəbər verir ki, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışlarına başlayıblar.

***

İmişli rayonu, Çaxırlı kəndində kanalda çimərkən batmış 1992-ci il təvəllüdlü Nağıyev Elvin Oktay oğlunun axtarışı Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən davam etdirilir.

Gununsesi.info-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, axtarışla bağlı əlavə məlumat veriləcək.

Gununsesi.info