Karlo Ançelotti cəzalandırıldı

  • By admin
  • 01 Noyabr 2019 18:57

“Napoli”nin baş məşqçisi Karlo Ançelotti cəzalandırılıb.

Gununsesi.org İtaliya mətbuatına istinadən xəbər verir ki, A seriyasının 10-cu turunun “Atalanta” ilə oyununda (2:2) qırmızı vərəqə alan 60 yaşlı mütəxəssisə 1 oyunluq cəza verilib.

Qeyd edək ki, Ançelotti “Atalanta” ilə görüşdə hakimin qərarlarına sərt etiraz etdiyi üçün texniki zonadan qovulmuşdu.

 

Gununsesi.org