Karlovun qətlinə görə keçmiş polis həbs edildi

  • By admin
  • 14 Dekabr 2017 22:12


Ötən il sui-qəsd nəticəsində öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun işi ilə bağlı aparılan istintaq tədbirləri nəticəsində keçmiş polis əməkdaşı Ramazan Yücel həbs edilib.

Gununsesi.info xəbər verir ki, Yücel “Öncədən planlaşdırılmış şəkildə adam öldürmə” maddəsi ilə təqsirli bilinib.

Sözügedən şəxs bir müddət əvvəl FETÖ ilə əlaqədə şübhəli bilinərək polis sıralarından xaric edilmişdi.

Qeyd edək ki, Karlov ötən il dekabrın 19-da Ankarada sərgilərdən birində öldürülüb.

İstintaq nəticəsində 4 nəfər həbs edilib.

Gununsesi.info