“Kartı bankomata daxil edib əməliyyata cəhd edilən kimi bloklanacaq” - SAHİB MƏMMƏDOV

  • By admin
  • 21 Aprel 2017 12:38

sahibmemmed

“Yaxın vaxtlarda hüquqi şəxslər üçün biznes kart, fiziki şəxslər üçün “sahibkart” adlı plastik kartlar verilə bilər”.  

Gununsesi.info-nun xəbərinnə görə, bu haqda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov sosial şəbəkədəki səhifəsində  nağdsız hesablaşmalarla bağlı yazdığı statusunda bildirib.
“Bu gün Beynəlxalq Bankın əməkdaşları ilə də söhbətdən sonra yeganə ümid yeri olan mexanizmin də işləməyəcəyi tam bəlli oldu (əslində, bu mexanizm problemi qismən həll edə bilrdi). Deməli, yaxın vaxtlarda hüquqi şəxslər üçün “biznes kart”, fiziki şəxslər üçün “sahib kart” adlı plastik kartlar verilə bilər. Lakin bu kartlara vəsaitin köçürülməsində problemlər olacaq. Vergilər və sosial ödəmə olmadan vəsit köçürülməsi riskinə görə bu kartların işləməsi sual doğurur. İkinci ən böyük problem isə bu kartlardan istifadə etməklə pul nəğdlaşdirmaq mümükün olmayacaq. Kartı bankomata daxil edib əməliyyata cəhd edilən kimi bloklanacaq. Bank maliyyə sistemi güclü olan ölkələrin heç birində nağdsız əməliiaytlara qadağa yoxdur. Amma elə ölkələr var ki, orda mexanizmlər elə qurulub ki, nağdsız ödəmə daha asan və əlverişlidir”.

Gülnaz Qənbərli

Gununsesi.info