Kasıbçılıqdan şikayətlənən Vidadi Zeynalovun Türkiyədə inşaat şirkəti tapıldı - FOTO

  • By admin
  • 15 Sentyabr 2019 15:20

Həbsdən azad olunduqdan sonra kasıbçılıqdan şikayətlənən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbərinin yalanı üzə çıxıb.

Qeyd edək ki, Vidadi Zeynalov mediaya açıqlamasında həyat yoldaşı ilə birlikdə restoran işlətdiyini demişdi.
Ancaq Avropada yaşayan mühacir jurnalist Cavanşir Həsənlinin araşdırması zamanı bəlli olub ki, Vidadi Zeynalov Türkiyədə inşaatla məşğuldur.
Gununsesi.org həmin materialı təqdim edir:

“Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov azadlığa çıxdıqdan sonra Şamaxıdakı “Məlhəm” adlı restoranı işlədir. Özü də açıqlama verib ki, acından ölməmək üçün həyat yoldaşı ilə bu restoranı işlətmək məcburiyyətində qalıb. Halbuki oğlu Pərviz Zeynalovun və kürəkəni, hazırda Rabitəbankda filial direktoru olan kürəkəni Nəriman Muradovun İstanbul Şişlidə şərikli inşaat şirkəti var. Bunlar acından ölür…”