Kataloniya rəhbərliyi müstəqillik haqqında bəyannamə imzaladı

  • By admin
  • 11 Oktyabr 2017 07:30

1506584372

Kataloniya hökumətinin rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras və region parlamentinin spikeri Karme Forkadel müstəqillik haqqında bəyannaməni imzalayıblar.   

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, sənədi həmçinin regionun müstəqilliyini dəstəkləyən deputatlar da imzalayıblar.

Qeyd edək ki,  Karles Puçdemon bundan əvvəl Kataloniya deputatlarının qarşısında çıxışı zamanı parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb.

K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.

Bununla belə o vurğulayıb ki, 1 oktyabr tarixli səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb.

Gununsesi.info