Keçən il yanan neft platforması çökür

  • Müəllif: admin
  • 22 Dekabr 2016 13:35

mirvari-qehremanli3-300x200

“Noyabrın 4-də gecə saat 23.00 –də 28 May Neft-Qaz Çıxarma İdarəsinin 10 saylı platformasında çökmə müşahidə olunduğu üçün neftçilər təxliyə olunmuşdur”.  

Gununsesi.info xəbər verir ki, bu haqda Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

M.Qəhrəmanlı qeyd edir ki, çökmə nəticəsində yaşayış blokunun bir tərəfi 35 sm əyilmişdi: “Noyabrın 5-də gələn komissiya çökmənin zəlzələ ilə əlaqədar olduğu və heç bir konstruktiv dəyişikliyin olmadığı barədə rəy verdi. Bizim aldığımız məlumata görə isə çökmə davam edir.Təşkilatımızın əlaqə saxladığı bəzi mütəxəssislər bunu yanğın zamanı metalın keyfiyyətinin itirməsi ilə əlaqələndirir”.

Qeyd edək ki, sözügedən platforma “Günəşli” neft yatağına aiddir. 2015-ci ilin 4 dekabr tarixində baş vermiş yanğın nəticəsində 30 nəfər dünyasının dəyimiş, 30 nəfər isə zərər çəkmişdi.

Vüsalə Rüstəmova

Gununsesi.info