Keçmiş arvadının boğazını üzüb, qaçdı - GƏDƏBƏYDƏ AİLƏ FACİƏSİ

  • By admin
  • 22 Noyabr 2017 10:19
Keçən ayın əvvəli Gədəbəydə keçmiş həyat yoladaşını qətlə yetirib hadisə yerindən qaçan şəxs saxlanılıb.
Gununsesi.info report-a istinadən xəbər verir ki, Arıxdam kənd sakini, 1988-ci il təvəllüdlü Mətanət Muxtarovanın boğazını kəsərək hadisə yerindən qaçan 29 yaşlı Fariz Muxtarov aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. F.Muxtarovun Şəmkir rayonunda, babasının yanında gizləndiyi məlum olub. O, istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisəni törədən şəxslə qətlə yetirilən qadın 2 il əvvəl boşanıb və onların evliliyindən iki azyaşlı övladı olub.

Gununsesi.info