Keçmiş birinci xanım Trampla münasibətindən danışdı

  • Müəllif: admin
  • 21 İyun 2017 16:32

594a2f05c03c0e4ba8951ef4

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Fransanın sabiq birinci xanımı Karla Bruni bir zamanlar adı sevgi qalmaqallarında hallanan ABŞ prezidenti Donald Tramp barəsində açıqlama verib.

Belə ki, Trampın ikinci həyat yoldaşı Marla Maplesdən ayrılma səbəbi olaraq göstərilən Karla bu iddiaları bir daha rədd edib.

Bununla da Fransanın keçmiş prezidenti Sarkozinin model və müğənni həyat yoldaşı Karla Bruni məsələyə aydınlıq gətirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 1990-cı illərdə Karla ilə sevgili olduğunu iddia edir.

 

Gununsesi.info