Keçmiş icra başçısı təqsirini qismən etiraf etdi

  • By admin
  • 16 Fevral 2021 21:55

Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyevin və icra başçısının birinci müavini Ramiz Tatarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Gununsesi.info bildirir ki, prosesdə ittiham aktı elan edilib. Təqsiləndirilən şəxslər onlara elan olunmuş ittihamlarla özlərini qismən təqsirli biliblər.

Prosesdə iş üzrə 21 şahid dindirilib. Məhkəmə prosesi fevralın 26-da davam etdiriləcək./Virtualaz.org

Gununsesi.info