Keçmiş kral rus modellə evləndiyinə görə peşmandır

  • By admin
  • 07 Sentyabr 2019 10:54

Malayziyanın keçmiş kralı V Məhəmməd “Miss Moskva” gözəli Oksana Voevodina ilə ailə qurduğuna görə peşman olub.

Gununsesi.org xəbər verir ki, bu barədə “Daily Mail” yazır. Monarx modellə nikahdan sonra taxt-tacdan məhrum olub və hazırda “sultan” titulunu daşıyır. O, tez-tez şəxsi həyatı ilə gündəmə gəlməkdə ititham olunurdu.

Voevodina 49 yaşlı sultandan boşandıqdan sonra onun şəklini İnstaqram səhifəsində paylaşaraq varisə yaraşmayan şərhlər yazmışdı.

V Məhəmməd 27 yaşlı modellə ötən ilin payızında evlənmişdi. Bu ilin mayında cütlüyün oğlu dünyaya gəlib. Bununla belə, sultan arvadını xəyanətdə günahlandıraraq ondan boşanıb.

Gununsesi.org