Gənclər və idman nazirinin keçmiş müavini Mariana Vasileva qızına toy edib.
Gununsesi.info xəbər verir ki, sabiq nazir müavininin qızı Siyananın toyu paytaxt məkanlarının birində baş tutub.
Xatırladaq ki, Mariana Vasileva 2025-ci ildə nazir müavini vəzifəsindən azad edilib. O və qızı idmançılara qarşı zor tətbiq etməkdə ittiham olunublar.
GEF İntizam Komissiyası onu 8 il müddətində Beynəlxalq Gimnastika Federasiyasının (FİG) bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyub.
Həmçinin, o, bundan sonra FİG yarışlarında mübarizə apara biləcək millilərdən heç birinin baş məşqçisi ola bilməz. Bununla da M.Vasileva baş məşqçi kimi ömürlük diskvalifikasiya alıb.

.jpg)
.jpg)
.jpg)
.jpg)










