Keçmiş ortağı Eminin 17 milyonunu qaytarmır

  • By admin
  • 09 İyun 2020 17:58

Xalq artisti Emin Ağalarov keçmiş biznes ortağı Stanislav Vitinskini məhkəməyə verib.

Gununsesi.org Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb müğənninin ortağına 17 575 000 rubl (təxmini 437 min manat) borc verməsi olub. Borcun qaytarılma vaxtından uzun müddət keçsə də, qarşı tərəf pulu qaytarmayıb.

Ağalarov bildirib ki, pulu verməyinə səbəb birlikdə layihə etmələri olub. Proyekt hazırda davam etsə də, Emin işdən ayrılıb.

Müğənni mayın sonunda məhkəməyə müraciət edərək eks ortağından şikayət edib.

“Məhkəmə Emin Ağalarovun xeyrinə qərar verəcək. Çünki biznesmenin həm 17 575 000 rubl, həm də 60 min rubl qaytarmalıdır” deyə, mənbə bildirib.

Hakim şikayəti qəbul edib və yaxın günlərdə ilk məhkəmə keçiriləcək.

Gununsesi.org