
Avstraliyanın zoologiya parkında maraqlı hadisə baş verib.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Avstraliyanın Melbourne şəhərində ailəsi ilə birlikdə ev heyvanlarının da saxlandığı zoologiya parkında gəzintiyə çıxan uşaq kenqurunun hücumuna məruz qalıb.
Belə ki, kenquru ona yaxınlaşan uşağa yumruq zərbəsi endirib.
Xoşbəxtlikdən onun ciddi xəsarət almadığı müəyyən edilib. Kenqurunun bu hərəkəti azyaşlınını ailəsi tərəfindən gülüşlə qarşılanıb.

https://www.youtube.com/watch?v=sCX9Jo4Il7g&feature=youtu.be
Anar
Gununsesi.info












