
“O hayat benim” serialının sevgililəri Keremcem və Ezgi Asaroğlunun ayrılması haqda xəbərlər təsdiqini tapıb.
Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən məlumatına görə, bir müddət əvvəl də ayrılan, amma sonra barışan cütlük bu dəfə problemlərinin öhdəsindən gələ bilməyib. Sevgilisi ilə münasibətlərini bitirən Ezgi serialdan ayrılmaq qərarını da verib. O, filmin prodüserlini edən “Pastel Film”ə tükənmişlik sindromu yaşadığını və yorulduğunu deyərək növbəti mövsüm serialda yer almamaq üçün icazə istəyib.
Rejissor Hüseyin Samsun bunu təsdiqləsə də, hələ dəqiq qərarın verilmədiyini açıqlayıb. O, aktrisa ilə bu həftə müzakirələr aparacağını deyib. Şayiələrə görə isə Ezginin ayrılmasınının ardından Keremcem də layihədən gedəcək.
Gununsesi.info











