Xarici KİV-lər bildirir ki, Kembric hersoginyası ötən il və bu il geyindiyi libasların, aksessuarlarının qiymətləri müqayisə edilib.

Bu il pandemiya səbəbi ilə Keytin geyimlərinə az pul xərclədiyi bəlli olub. Belə ki, Middlton ötən il bahalı libaslarına 103 min (təxminən 237 min 116 manat), bu il isə 94 min funt-sterlinq (216 min 397 manat) xərcləyib.

38 yaşlı Kembric hersoginyasının ən bahalı geyimi ötən il martda Dublinə səfəri zamanı geyindiyi libası olub. Onun qiyməti 22 min funt-sterlinq (50 min 646 manat) dəyərindədir.