
“Sayın Baxçalı heç maraqlanmasın-narahat olmasın…Amma ədalət bir gün onun özünə də lazım olacaq”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Ankaradan İstanbula doğru “Ədalət!” yürüşü başladan CXP genəl başqanı Kamal Kılıcdaroğlu MHP lideri Dövlət Baxçalının ona qarşı ittihamına münasibətini bildirərkən deyib.
Kılıcdaroğlu ölkəyə demokratiya gələnə qədər bu yürüşə davam edəcəklərini bildirib.
O, sonra “Yürümək nə vaxtdan suç olub?!”-deyə, sözlərinə əlavə edib.
CXP lideri bununla yanaşı deyib ki, yürüşün siyasi kimliyi yoxdur.
CXP liderinin məlum addımı baş nazir Binəli Yıldırım tərəfindən də qınanıb.
“Ədaləti küçədə axtarmazlar. Yaxşı olardı ki, tezliklə bu yürüşə son versin”-deyə, Yıldırım söyləyib.
Baş nazir eyni zamanda, MHP liderinin bəyanatına dəstək verib və deyib ki, Baxçalı əsl dövlət adamı kimi açıqlama verib.
“Ədalət arama yeri parlamentdir”.
Bunu isə öz növbəsində Türkiyə cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan deyib.
“Ana Yasanı ayaqlar altına alaraq vətəndaşları küçələrə çağırmaq, küçələrə tökmək bunu edənlərinin nə özlərinin xeyrinədir, nə də ölkənin xeyrinədir”-deyən Ərdoğan ölkə Konstitusiyasının 138-ci maddəsini də xatırladıb:
“138-ci maddə təkçə siyasilər üçün çalışmır. Bu maddə “A”-dan “Z”-yə kimi hər kəs üçün çalışır. Ona görə bir gün yarğı sizi də çağırarsa, təəccübləməyin”.
Qeyd edək ki, CXP-nin Ankaradan İstanbula doğru “Ədalət!” yürüşü ayın 15-dən başlayıb və bu gün də davam edib.
Yürüşün 25 gün ərzində başa çatacağı gözlənilir.
Kamil Həmzəoğlu
Gununsesi.info












