Kılıçdaroğludan Özgür Özələ qarşı yeni addım

Türkiyədə CHP daxilində gərginlik davam edir.

Gununsesi.info xəbər verir ki, keçmiş CHP sədri Kemal Kılıçdaroğlu Türkiyə Böyük Millət Məclisinin (TBMM) rəhbərliyinə müraciət edərək, hazırda Özgür Özəlin istifadəsində olan parlamentdəki xidmət otağının boşaldılmasını və həmin otağın özünə verilməsini tələb edib.

Məlumata görə, Kılıçdaroğlu daha əvvəl də TBMM rəhbərliyinə müraciət edərək Özgür Özəlin CHP-nin parlament qrupunun sədri seçildiyi səsvermənin nəticələrinin ləğv olunmasını istəyib.

Digər tərəfdən, CHP Mərkəzi İdarə Heyətinin (MYK) dünən keçirilən iclasında Özgür Özəli dəstəkləyən 9 millət vəkilinin partiya üzvlüyü müvəqqəti dayandırılıb. Həmin deputatlar partiyadan qəti xaric edilmələri tələbi ilə Yüksək İntizam Şurasına göndəriliblər.

TBMM sədri Numan Kurtulmuş hər iki müraciətlə bağlı hələlik qərar verməyib. Məsələ üzrə cavabın bu həftə ərzində açıqlanacağı gözlənilir.

 

Gununsesi.info