CHP sədri Kamal Kılıçdaroğlunun baş məsləhətçisi dos. Fateh Gürsul FETÖ ilə əlaqəsinə görə İstanbul Dövlət Baş Prokurorluğunu tərəfindən nəzarətə götürülüb.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, məlumatlara görə, Hakim Mehmet Şenay Bayqının təlimatı ilə Gürsulun evində axtarış aparılıb. “ByLock” istifadəçisi olduğu iddia edilən Fateh Gürsul İstanbula gətiriləcək. Onu da qeyd edək ki, “ByLock” terror təşkilatı üzvlərinin istifadə etdiyini məxfi xəbərləşmə proqramıdır.
Nigar Cəfərli
Gununsesi.info