“Kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq” - TÜRKİYƏDƏN SƏRT BƏYANAT

  • Müəllif: admin
  • 26 Fevral 2017 16:24

İsviçre'nin Davos kasabasında düzenlenen Dünya Ekonomik Forumu kapcamında Dünya Ticaret Örgütü (DTÖ) Gayrı Resmi Bakanlar Toplantısı'na katılan Ekonomi Bakanı Nihat Zeybekci, AA muhabirine açıklamalarda bulundu (Dursun Aydemir - Anadolu Ajansı)

Türkiyənin Dənizli şəhərində ötən ay açılan Azərbaycan Qarabağ parkında Xocalı şəhidlərinin xatirəsi yad edilib.

Gununsesi.info-nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybəkçi, Dənizli valisi Əhməd Altıparmak, Dənizli Böyükşəhər Bələdiyyəsinin sədri Osman Zolan, millət vəkilləri, tələbələr iştirak ediblər.

N. Zeybəkçi Xocalı soyqırımı qurbanları başda olmaqla, bütün şəhidlərə rəhmət diləyib: “Bu torpaqları, istər Anadolu, istərsə də Azərbaycanı, Naxçıvanı qarış-qarış qanımızla suvarmışıq. Türkiyə Azərbaycanın yanında olmağa davam edəcək. Biz bir millət, iki dövlətik. Hər kəs bilsin ki, bundan sonra kim Azərbaycana düşmən münasibət bəsləyərsə, Türkiyə səssiz qalmayacaq. Heç kim bunu unutmasın”.

N. Zeybəkçi beynəlxalq ictimaiyyəti ikili standartlardan çıxış etməməyə çağırıb.

Gununsesi.info